- Eh, heyif ki, ceyran əti yeyə bilmədik, - deyə ovçu hirslə tüfəngi yerə atdı.
Kolların arasında balaca bir ceyran gizlənmişdi. Nəğmə ceyrana yaxınlaşıb qulağına pıçıldayıb boynunu oxşadı. Ceyran cürətləndi, gizləndiyi yerdən çıxıb qaçdı.
Körpə Nəğməşəhərə yollandı. Nəğmə şəhərə çatanda dondurma növbəsinə dayanan uşaqları gördü. Bir qız kənarda dayanıb ağlayırdı. Dondurma növbəsində duran oğlan ona yaxınlaşdı: - Niyə ağlayırsan? - Çörək almalıyam, amma pulu itirmişəm. - Al bu pulu, çörək alarsan. - Bəs sən dondurmanı necə alacaqsan? - Eybi yoxdur. Bu gün dondurma yemərəm. - Çox sağ ol. Ünvanını söylə, sabah pulunu qaytararam. |
- Ünvanımı deyərəm, amma pulu qaytarmasan da, olar. Bax o sarı binanın 164-cü mənzilində yaşayıram. Adım isə Anardır.
... Gecə düşəndə Nəğmə oğlanın yaşadığı binaya sarı uçdu. Yaddaşında yalnız 1, 4 və 6-cı notlar qalmışdı. O, "Do, fa, lya" oxuyaraq 146 nömrəli mənzili tapdı.
Meşədəki həmin ovçu çarpayıda uzanıb xoruldayırdı. Nəğmə: "Vay-vay! Həmin qəddar adam!..", - deyib cəld evi tərk etdi. "Görünür, notların yerini səhv salmışam", - deyə düşündü.
O, notların yerini dəyişdi. Bu dəfə "Do, lya, fa" oxuyaraq 164-cü mənzilə gəldi. Həyətdə rastlaşdığı xeyirxah oğlan yorğana bürünüb yatırdı. Onun üzündə xoş bir təbəssüm var idi. Elə bil bu gün doyunca dondurma yemişdi.
Nəğmə sevinə-sevinə onun qəlbinə girdi. Rahatca uzandı və yuxuya getdi.
O, yaşayacağı yeri artıq tapmışdı.