3
|
A
|
Mütaliə nə üçün vacibdir? Mütaliə zamanı hansı məqamlara diqqət edirsiniz?
|
B
|
"Kitabi-Dədə Qorqud"un üzlüyü, annotasiyası və bir neçə səhifəsi ilə tanış
olun. Suallara cavab verin.
ANNOTASİYA
"Kitabi-Dədə Qorqud" on iki boydan ibarətdir. Hər boy oğuz qəhrəmanlarının başına gələn əhvalatlardan bəhs edən bitkin hissədir. Qazan xan, Beyrək, Basat, Buğac, Uruz və başqaları bu gün də oxucuların sevimli qəhrəmanlarıdır. Dastan təxminən min il bundan əvvəl yazıya alınıb. Bu əsərin əlyazma nüsxələri dünyanın müxtəlif kitabxanalarında qorunub saxlanmış və günümüzə qədər gəlib çatmışdır.
• Kitabla tanış olarkən nəyə diqqət etdiniz?
• Bu mövzuda hansı məlumatlarınız var? Daha nəyi öyrənmək istərdiniz? • Kitabın annotasiyasındakı hansı məlumatlar oxumağa maraq yaradır? • Bu kitabı nə üçün oxumalısınız? Bu kitabın sizə hansı faydası ola bilər? • Kitabı öz yaşınıza uyğun hesab edirsinizmi? Fikrinizi əsaslandırın. |