Dalğalarla çarpışan insanlar xilas olmağa çalışırdılar. Yaraşıqlı bir gənc bir neçə dəfə suya batıb-çıxdı, sonra isə görünməz oldu. Supərisi nənəsinin sözlərini xatırlayıb köməyə tələsdi. Gəncin hərəkətsiz bədənindən yapışıb sahilə doğru üzdü. Onu sahildəki qayaların üzərinə qaldırdı. Gəncin özünə gəldiyini görüb oradan uzaqlaşdı.
Bu hadisədən sonra Supərisinin insanlara olan marağı daha da artdı:
- Axı nə üçün insanlar dəniz səyahətinə çıxa bilirlər, amma biz onların yaşadıqları torpaqlarda gəzə bilmirik?
Çox düşündükdən sonra Supərisi dəniz cadugərindən kömək istədi.
Dəniz cadugəri onu dinləyib dedi:
- Sənə kömək edərəm! Mən elə edərəm ki, quyruğun ayaqlarla əvəz olunar. Lakin unutma ki, sənin hər bir addımın ağrılı olacaq. Bir də, günəş batana kimi geri dönməlisən. Yoxsa ayaqların yenidən balıq quyruğuna çevriləcək. Bunun əvəzində isə gözəl səsini istəyirəm.
B
|
Mətnə əsasən aşağıdakı sözlərin mənasını izah edin. Lüğət vasitəsilə dəqiqləşdirin.
|