D
|
Mətnlə bağlı suallara cavab verin.
1.
Qaraca qız kim idi?
2. Pəricahan xanım nə üçün qızının Qaraca qızla dostluq etməsini istəmirdi? 3. Ağca xanım hansı təhlükə ilə qarşılaşdı? 4. Qaraca qız dostunu necə xilas etdi? |
2
|
A
|
"Qaraca qız" mətninin planını tərtib edin. Plan əsasında mətnin qısa məzmununu nəql
edin.
|
B
|
Mətndə dəmiryol vağzalındakı hadisəni xatırlayın. Sizcə, Ağca xanım anasının
Qaraca qız haqqında dediyi sözləri dinləyərkən nə üçün gülümsədi?
|
C
|
"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun aşağıda
verilmiş maddələrini oxuyun. Maddələrdə əks olunmuş fikirlərdən istifadə
etməklə Qaraca qızın hüquqlarını müdafiə edin.
Maddə 6. Bütün uşaqlar bərabər hüquqa malikdirlər. Onlar maddi
vəziyyətindən, milliyyətindən, dilindən, təhsilindən asılı olmayaraq,
ayrı-seçkiliyə məruz qala bilməzlər.
Maddə 9. Hər bir uşağın həyatı və sağlamlığının mühafizə edilməsi
hüququ vardır.
Maddə 14. Hər bir uşağın fikir və söz azadlığı vardır.
Maddə 22. Hər bir uşağın təhsil almaq hüququ vardır.
Maddə 27. Hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ
vardır.
|
D
|
Sizcə, bundan sonra qəhrəmanların taleyi necə olacaq?
Təxəyyülünüzə əsasən mətnin sonluğunu yazın.
|