A
|
Şeirdəki sifətləri müəyyən edin. Həmin sözlər sifətin hansı dərəcəsindədir?
|
B
|
Səhvləri düzəldərək sözləri düzgün yazın.
tündyaşıl, kəm şirin, düm-düz, qap-qara, tum-turş, yup yumru, açıq göy, tər-təmiz
|
C
|
Nöqtələrin yerinə uyğun hal şəkilçiləri əlavə edib yazın. Həmin sözlərin ismin hansı
halında işləndiyini qeyd edin.
1.
Yalançı ... evi yandı, heç kim ona inanmadı.
2. Ağıllı düşmən ... qorxma, axmaq dostdan qorx. 3. Dəmir qapının da taxta qapı ... işi düşər. 4. Ev ... bişməyib, qonşudan gəlməyib. 5. Şirin dil ilan ... yuvasından çıxardar. |
C
|
Fərqləndirilmiş sözlərə sual verin və nümunəyə uyğun olaraq cədvəli tamamlayın.
|
D
|
İşarə əvəzliklərini seçin. Onların hansı sözü əvəz etdiyini müəyyən edin.
Ana xırda yarpaqlı otu İradəyə göstərdi: - Qızım, bax bu, kəklikotudur. Çaya bundan əlavə edəndə ətirli olur. İradə diqqətlə həmin ota baxdı. Burnuna yaxınlaşdırıb iylədi və dedi: - Bəh, bəh, bunun nə gözəl ətri var! İlkin ota nəzər salıb dedi: - Bu, həm də dərman bitkisidir. Xəstələrin tez sağalmasına kömək edir. Belə bitkiləri çay kimi dəmləyib içmək olar. |