3
|
A
|
Müsahibəni oxuyun. Sizcə, müxbir aşağıdakı cavabları almaq üçün müsahibinə
hansı sualları verib? Həmin sualları təxmin edin və müsahibəni tamamlayın.
- Ailəm əvvəl etiraz etdi. Anam 4 körpəmi qoyub getməyimə razı deyildi. Dedim ki, Vətənimizin dar günüdür, əsgərlərimizin köməyə ehtiyacı var. Müxbirin sualı: - ...- 6 il döyüşmüşəm. Ağdam, Tərtər, Kəlbəcər, Şuşa döyüşlərində iştirak etmişəm. Azərbaycanın ilk könüllü özünümüdafiə dəstəsinin üzvü olmuşam. Müxbirin sualı: - ...- Çətinliklər çox idi. Təkcə tibbi çantamın ağırlığı 40 kq idi. Bununla bərabər silahımı da daşıyırdım. Həmişə əsgərlərlə çiyin-çiyinə gedirdim. Əsgər qardaşlarım mənə çox güvənir, onları xilas edəcəyimə inanırdılar. Müxbirin sualı: - ...- Ən ağır günlərimdən biri Tərtərin Umudlu kəndində olub. Həmin gün mühasirəyə düşmüşdük. Düşmən Murovdağın yüksəkliyindən başımıza güllə yağdırırdı. Qarlı-şaxtalı günlərdə ac-susuz 2 ay mühasirədə qaldıq. Çətinliklə də olsa, mühasirədən çıxa bildik. Müxbirin sualı: - ...- Məni Qarabağın Həcəri adlandırırdılar. Deyirdim ki, məni öz adımla çağırın. Qoy gələcəkdə Həcər kimi qadınlarımızın çoxolduğu bilinsin. |
C
|
Müsahibədən aldığınız məlumatlar əsasında Diləfruz Hüseynova haqqında
informativ mətn yazın.
|