B
|
Mətni oxuyun. Suallara cavab verin.
|
Vətənə məhəbbət onu tanımaqdan başlayır
Hər kəs öz Vətəninin keçmişini bilməli, gələcəyini düşünməlidir.
Ölkəsini daha yaxından tanıyan vətəndaş Vətəni sevəcək, onu göz bəbəyi kimi qoruyacaq. Görkəmli alim Xudu Məmmədovun gözəl bir fikri var: "Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər".
Ana dilimiz, adət-ənənələrimiz, mədəniyyətimiz, tarixi torpaqlarımız bizə ulu babalarımızdan miras qalıb. Uzun illərdir ki, mənfur düşmən Azərbaycana məxsus bu dəyərləri mənimsəməyə çalışır. Bunun qarşısını almağın ən uğurlu yolu vətənini tanımaq, onun dəyərlərini qorumaq və həqiqəti dünyaya çatdırmaqdır. Ulu öndər Heydər Əliyev demişkən: "Xalqın, millətin taleyi hər bir insanın taleyinə çevrilməlidir".
Deməli, biz bu dəyərləri qorumalı və gələcək nəsillərə ötürməliyik.
C
|
Suallara cavab verməklə verilmiş fikirlərə münasibət bildirin. Sitatlardan istifadə
etməklə fikrinizi əsaslandırın və mətn yazın.
|
I qrup
|
|
II qrup
|
|