|
3
|
QARABAĞ AZƏRBAYCANDIR
|
1
|
A
|
Ulu öndər Heydər Əliyev haqqında bildiklərinizi danışın.
Onunla bağlı daha nə öyrənmək istərdiniz? Bu haqda suallar hazırlayın. |
Zəfərə aparan yol
• Söz boğçası •
|
I Qarabağ müharibəsi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Rusiya imperiyasının tərkibindən çıxıb dövlət müstəqilliyini bərpa etdi. Yenicə müstəqillik qazanan ölkə hələ ordusunu möhkəmləndirə bilməmişdi. Fürsətdən istifadə edən Ermənistan ordusu Azərbaycan torpaqlarını işğal edir, minlərlə azərbaycanlı öz yurd-yuvalarından didərgin salınırdı. Belə bir vaxtda 1993-cü il iyunun 15-də xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi. Onun səyi nəticəsində 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs elan olundu. Bu, işğal olunmuş torpaqların geri qaytarılması üçün vacib idi. Azərbaycan Respublikası özünü müdafiə etməyə qadir ordu yaratmalı, dünyada müstəqil və güclü dövlət kimi tanınmalı idi. Ulu öndər bu missiyanı yerinə yetirmək üçün böyük işlər gördü. O deyirdi: "Hamımızın bir müqəddəs arzusu var. O da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır". 2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır, eyni zamanda müasir və peşəkar Azərbaycan Ordusunun yaranmasına səy göstərirdi. Aprel döyüşləri. Atəşkəsi tez-tez pozan Ermənistan işğalçı əməllərinə davam edirdi. Növbəti hücum 2016-cı ilin aprel ayında oldu. Dörd gün davam edən döyüşlərdə Azərbaycan Milli Ordusu düşmənə layiqli cavab verdi. İşğal altında olan bir sıra yerlər azad olundu. Münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycan yenidən döyüşləri dayandırdı. Lakin düşmənin Qarabağı qaytarmaq niyyəti yox idi. II Qarabağ müharibəsi. 2020-ci ilin sentyabr ayında düşmən yenidən hücuma keçdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusuna bu hücumların qarşısını almaq üçün əks-hücum əmrini verdi. Qarabağ uğrunda ağır döyüşlər başlandı. |