C
|
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında nə bilirsiniz? Aşağıdakı
mətni oxuyun və öyrəndiyiniz yeni məlumatları qeyd edin.
|
XUDAFƏRİN KÖRPÜSÜ
Min illərlə xalqa sevinc, bərəkət gətirən Araz çayı, həm də xalqın taleyində ayrılıq simvoluna çevrilib.
Belə ki, 1828-ci ildə Azərbaycan iki yerə bölündü. Azərbaycanın cənub torpaqları İrana, şimalda yerləşən torpaqları isə Rusiyanın tərkibinə keçdi. Araz çayı Cənubi Azərbaycan ilə Şimali Azərbaycanı ayıran sərhədə çevrildi. Əlaqələri kəsmək üçün Araz çayı üzərindəki Xudafərin körpüsü dağıdıldı. Sərhəd çəpərləri çəkildi.
1989-cu il dekabrın 31-də xalq həsrətə son qoymaq üçün sərhəd çəpərlərini sökdü. Bununla da Azərbaycan Respublikasının müstəqilliyinə yol açıldı. Heydər Əliyevin qərarı ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmağa başladı.
1993-cü ildə Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonu Ermənistan tərəfindən işğal olunmuşdu. Rəşadətli Ordumuz 2020-ci ildəXudafərin körpüsünü işğaldan azad etdi.
Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin xalqımızın birlik rəmzidir.
D
|
Mətndə əks olunan tarixi hadisələrlə bağlı suallar hazırlayın.
|
E
|
Aşağıdakı bayatıları oxuyun. Oxuduğunuz mətndəki tarixi hadisəyə
əsasən bayatıları şərh edin.
|