|
C
|
Azərbaycan Milli Tarix Muzeyində
saxlanılan bu eksponat Qarabağ xanlığı
haqqında hansı məlumatı təsdiq edir?
"Pənahəli xan" mətninin hansı
hissəsində bu tarixi mənbəyə
istinad edə bilərik?
|
|
|
Qarabağ xanlığının gümüş pulu - pənahabadi
|
|
Ç
|
Aşağıdakı bayatını oxuyun. Mətnin məzmunu ilə əlaqələndirin. Pənahəli xanın
Azərbaycan tarixindəki rolu haqqında danışın.
|
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim, özüm qalam,
Tikdim ki, izim qala.
Bayatıda işlənən "qala" sözünün mənalarına diqqət edin. Hansı misralarda
"qala" sözü həm isim, həm də feil kimi düşünülə bilər?
|
D
|
"Pənahəli xan" mətninə və aşağıdakı tarixi mənbələrə istinad edərək qalaların
tikilmə ardıcıllığını müəyyən edin. "Qarabağ qalaları" adlı tarixi-informativ
mətn hazırlayın.
"Şuşa şəhərinin binasını qoydular.
Şahbulaqda sakin olanları
buraya gətirdilər. Sonra Pənah
xan öz ailəsi üçün uca imarətlər
və geniş binalar saldırdı..."
Mirzə Adıgözəl bəy (1845-ci il)
|
|
"Pənahəli xan öz iqamətgahını Bayat qalasından
Şahbulağa köçürdü. Lakin buranın
iqlimi isti idi. Həm də xanlığın mərkəzi kimi
əlverişli deyildi. Bu səbəbdən xan burada
həmişəlik qalmağı münasib görmədi..."
Əhməd bəy Cavanşir (1884-cü il)
|
Ağdam, Şahbulaq qalası
|
Şuşa qalası
|
Ağcabədi, Bayat qalası
|
|