|
1
|
QARABAĞ XANLIĞI
|
1
|
A
|
"Cavad xan" mətnini xatırlayın. Bu mətndə hansı tarixi şəxsiyyətlərdən danışılır?
Hansı tarixi hadisə təsvir olunur?
|
B
|
Qarabağın tarixi haqqında nə bilirsiniz?
|
Qarabağ xanlığının banisi
Pənahəli xan Cavanşir (1693-1763) |
Nadir şahın sarayında Nadir şah dünya tarixində məşhur hökmdarlardan biri olub. Onun əyanları arasında iki qardaş var idi: Fəzləli bəy və Pənahəli bəy. Onlar ağıl və fərasətlərinə görə böyük nüfuz qazanmışdılar. Bu qardaşlar Qarabağın Cavanşirlər soyundan idilər. Nadir şah 1736-cı ildə hakimiyyətə gəlmişdi. Bu zaman ona qarşı çıxan bir neçə tayfanı sürgünə göndərmək qərarına gəlir. Onların arasında Cavanşirlər tayfası da var idi. Fəzləli bəy həmyerlilərini müdafiə etmək üçün şahı fikrindən döndərmək istəyir. Ancaq buna nail ola bilmir və özü də cəzalandırılır. |
•
Söz boğçası •
• əyan
• nüfuz • sürgün • iqamətgah • bani • miras |
Yurda dönüş Pənahəli bəy qardaşı Fəzləlinin ağır cəzalandırılmasını görüb sarayı tərk edir. Bundan xəbər tutan Nadir şah onu ələ keçirmək üçün ardınca çapar göndərir. Lakin onu tutmaq mümkün olmur. Pənahəli bəy Qarabağa gəlir. Bir müddət dağlarda, meşələrdə gizlənir. Camaatı incidənlərə qarşı mübarizə aparır, qarabağlıların ümid yerinə çevrilir. |
• soy-əsil, əcdad,
nəsil, kök.
Xan qızı Xurşidbanu Natəvan, Ağabəyim ağa, məşhur xanəndə Xan Şuşinski də Cavanşirlər soyundan olub. |