Qarabağ şikəstəsi
Yaranma tarixi: XIX əsr
Məşhur ifaçısı: Xan Şuşinski
Xalq bayatıları və aşıq musiqisi
əsasında formalaşmış muğam növüdür.
Üzeyir bəy Hacıbəyli
Yaşadığı illər: 1885 - 1948
Doğum yeri: Ağcabədi
Böyüdüyü yer: Şuşa
Fəaliyyəti: jurnalist, bəstəkar,
musiqişünas, ictimai xadim
Dəfn olunduğu yer: Bakı, Fəxri
xiyaban
Azərbaycan Respublikasının dövlət himninin
bəstəkarıdır. Onun doğulduğu gün - 18 sentyabr
Milli Musiqi Günü kimi qeyd olunur.
Cıdır düzü
Yerləşdiyi ərazi: Şuşanın ən yüksək
hissəsində sıldırım qayalar və
meşələrlə əhatələnmiş yer
Burada Novruz bayramı,
el şənlikləri, "cıdır" adlanan
at yarışları, "Xarıbülbül" musiqi
festivalı keçirilirmiş.
Uzundərə rəqsi
Yaranma dövrü: XIX əsr
Yarandığı yer: Ağdam
Mahir ifaçıları: Əminə Dilbazi,
Əlibaba Abdullayev və b.
Musiqisi: xalq
Rəqsin adı Ağdamda yerləşən bir dərənin adı ilə bağlıdır.
Uzundərədən keçməli olan insanlar dincəlmək üçün
yolüstü əylənib rəqs edərmişlər.