• Nümunə •
|
Qavroş və dostları məktəbə getmir. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən hər bir uşağın təhsil almaq hüququ var. |
C
|
"Kozetta" mətnini dinləyin. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının
Qanununa istinad etməklə Kozettanın pozulmuş hüquqlarını müdafiə edin.
• 8 yaşlı Kozetta mehmanxanada xidmətçi işləyir. • Tenardye onu yarıac, yarıçılpaq saxlayırdı. • Mehmanxana sahibi onu döyürdü. • Kozetta qorxudan sahibəsinə etiraz edə bilmirdi. |
3
|
A
|
Nümunəyə əsasən aşağıdakı cümlələri cədvəl üzrə qruplaşdırın.
1. Ailənin hər bir üzvünə öz fikrini ifadə etmək imkanı verilməlidir. 2. Sinifdə şagirdlər arasında bərabər imkanlar yaradılmalıdır. 3. Ölkədə qaçqın uşaqlara xüsusi qayğı göstərilməlidir. 4. Hər bir uşağın mənzildə ailənin digər üzvləri ilə bərabər yaşamaq hüququ vardır. 5. Sinif özünüidarəsində bütün uşaqların iştirak etməsinə şərait yaradılmalıdır. 6. Hər bir uşağın tibbi yardım almaq hüququ vardır.
|
I qrup:
|
Məktəbdə
|
II qrup:
|
Ailədə
|
III qrup:
|
Muzey və teatrlarda
|
IV qrup:
|
Nəqliyyatda
|