3
|
A
|
Cümlələri oxuyun. Sizcə, nə üçün obrazların adı böyük hərflə yazılıb?
a)
Tənha Qu quşu soyuqdan az qala donmuşdu.
b) Yaxına buraxmırdı Gicitkən heç bir kəsi. |
B
|
Hansı cümlələrdə heyvanlar şəxsləndirilib?
1. Canavarlar yuvalarını qayalıqda və suya yaxın yerlərdə düzəldirlər. 2. Canavar əkinçidən bir parça çörək istədi. 3. Tırtıl İlbizin çanağını rəngarəng naxışlarla bəzədi. 4. İlbizlərin bədəni bərk çanaq içərisində yerləşir. 5. Kəpənəyə yazığı gələn Qarışqa yanında ona yer verdi. 6. Kəpənəyin rəngli qanadları çox zərifdir. |
C
|
Cümlələrdə obraz adlarına diqqət edin. Səhvləri düzəldib yazın.
1.
Tülkü qarğanı tərifləməyə başladı.
2. Bir gün günəşlə külək mübahisə etdilər. 3. Küsəyən günəbaxan bir daha günəşlə danışmadı. 4. Çiçəklər qanqalın ətrafına yığışıb onu sakitləşdirdilər. |
I qrup:
|
Bağda Alma, Armud, Nar, Üzüm yetişmişdi. Meyvələr özlərini tərif edirdi. Qırmızıyanaq Alma sözə başladı: |
II qrup:
|
Günlərin bir günü fəsillər bir araya gəldilər. Qızıl Payız lovğalandı: |
III qrup:
|
Bir gün mətbəxdə Çaydan, Qazan, Stəkan və Boşqab mübahisə etdilər. |
IV qrup:
|
Cəngəllik kralı Aslan, Ayı, Pələng ovladıqları ovu bölə bilmədilər. Aralarında mübahisə düşdü. Aslan nərə çəkdi: |