Komanda heyətində öz adını eşidən Ramin çox sevindi. Sinif yoldaşları onun başına toplaşdılar:
- Ramin, bizim sinifdən təkcə sənsən ha! Sinfimizin adını ucaltmalısan!
Nəhayət, gözlənilən gün gəlib çatdı. Yarışın başlanmasına dəqiqələr qalırdı. Amma Nahid hələgəlibçıxmamışdı. Hamı nigaran idi. Elə bu zaman Əli müəllimin telefonu zəngçaldı. Zəng edən Nahidin anası idi. O dedi ki, Nahidin qızdırması qalxıb. Həkim onun evdən çıxmasına icazə vermir.
Bu xəbər komanda heyətini çox məyus etdi. Hamı çaşqınlıq içində idi. Əli müəllim uşaqlara müraciət etdi: - Uşaqlar, bilirsiniz ki, komandanı idarə etmək asan deyil. Kim bu işi öhdəsinə götürər? Ortaya sükut çökdü. Hamı tərəddüd içində idi. Nəhayət, Əli müəllim dedi: -Təklif edirəm, kapitan Ramin olsun. - Mən?.. - həyəcandan Raminin səsi qırıldı. Əli müəllim əlini onun çiyninə qoydu: - Narahat olma. Əminəm ki, öhdəsindən gələcəksən. Sənə uğurlar!.. |
Yarış çox gərgin keçirdi. Heç bir komanda irəli çıxa bilmirdi. Komandaların xalları bərabərləşmişdi. İndi hər şey sonuncu sualdan asılı idi. Hamı nəfəs çəkmədən intizarla gözləyirdi.
Nəhayət, səhnəyə üç qutu gətirildi. Aparıcı bildirdi ki, qutuların hər birində bir top var. Amma bu toplar müxtəlif rəngdədir: qırmızı, göy və yaşıl. Sonra aparıcı qutuları iştirakçılara göstərdi. Birinci qutu qırmızı, ikinci yaşıl, üçüncü isə yarı qırmızı, yarı göy rəngdə idi.
Aparıcı sualı səsləndirdi:
- Qutuların rəngləri içindəki topların rənglərinə uyğun deyil. İndi deyin görüm, hansı top hansı qutudadır?
Raminin ürəyi sürətlə döyündü. Onun barmağı "cavab hazırdır" düyməsində idi.