|
2
|
ÖZÜNƏ İNAN
|
1
|
A
|
Məktəbin komandası final mərhələsinə kimi gəlib çatmışdı. Ramin də bu bilik yarışmasının bütün mərhələlərində iştirak etmişdi.
Deyilənə görə, bu yarış televiziya ilə birbaşa yayımlanacaqdı. Məktəbdə yarışa ciddi hazırlıq gedirdi. Məktəbin direktoru və müəllimlər neçə gün idi ki, komandanın tərkibini müəyyənləşdirir, hər bir iştirakçının imkanlarını müzakirə edirdilər.
• Söz boğçası •
|
İki gün sonra məktəbin akt zalında komandanın tərkibi elan edildi. Yarışmanın ən fəal üzvlərindən olan Nahid komandanın kapitanı seçildi. |