röya - yuxu.
rubrika - qəzetdə, jurnalda, kitabda müntəzəm təkrarlanan bölmə və guşələr.
Məsələn, "Bu maraqlıdır" və ya "Söz boğçası" rubrikası.
savaş - müharibə, döyüş, dava.
səhlənkar - tapşırılan işə laqeyd, soyuq baxan; diqqətsiz, məsuliyyətsiz.
səltənət - padşahlıq, hökmdarlıq.
sərgüzəşt - birinin başına gələn hadisə, qəziyyə, əhvalat, macəra.
sərrast - dəqiq, düz; hədəfi düz vuran.
səxavətli - əliaçıq, pulunu əsirgəməyən, comərd, genişürəkli.
soy - əsil, əcdad, əsil-nəsəb, mənşə.
sözləşmək - 1. aralarında söz olmaq, davaları, mübahisələri düşmək, söyüşmək;
2. razılığa gəlmək.
suflyor - tamaşa zamanı rolların sözlərini aktyorlara yavaşcadan (gizlicə) söyləyən şəxs.
sürgün - cəzalandırmaq məqsədilə bir şəxsi məcburi surətdə yaşadığı yerdən başqa yerə köçürmə.
şaxşax - silkələdikdə içərisindəki xırda daşlardan səs çıxan uşaq oyuncağı.
şikəstə - segah məqamında zərbli muğam.
şütümək - bərk qaçmaq, sürətlə sürüb getmək.
tab gətirmək - dözmək, çətinliyə qatlaşmaq.
taktika - bu və ya digər məqsədə çatmaq yolları; vasitə və üsullar.
tavan - binanın daxilinin üst örtüsü.
təbəssüm - gülümsəmə.
tədqiq etmək - elmi cəhətdən araşdırmaq, öyrənmək.
təmtəraqlı - zahirən çox dəbdəbəli, təntənəli.
tiyə - qılınc, bıçaq və s. kəsici alətlərin kəsən (iti) tərəfi, ağzı.
ülgüc - tük qırxmaq üçün iti bıçaq.
vəsf etmək - bir şeyi təsvir etmək; tərif etmək.
yenilməzlik - məğlubedilməzlik, sarsılmazlıq.
yuxusuna haram qatmaq - yatmayıb vacib bir işlə məşğul olmaq.