qürur - iftixar hissi, qürrələnmə.
mazğal - qala divarlarında atışma üçün qoyulan deşik.
meh - xəfif, yüngül yel, sakit külək.
mədəniyyət - toplumun ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin məcmusu.
mənlik - şəxsi ləyaqət hissi, heysiyyət, şərəf.
mənsubluq - bir şəxsə və ya bir şeyə aid olmaq, aidiyyəti olmaq.
məqalə - məcmuə, jurnal və ya qəzetdə dərc olunan müxtəlif mövzularda yazı.
mərcan - dənizin dibində
qayalara yapışaraq hərəkətsiz həyat sürən dəniz heyvanı.
məruz qalmaq - düçar olmaq, uğramaq, tutulmaq, təsiri altında qalmaq.
miras - adam vəfat etdikdən sonra varislərə qalan mal, mülkvə s.
mis - qırmızımtıl metal.
mızıldamaq - dodaqaltı danışmaq, anlaşılmaz danışmaq və ya oxumaq.
modern - müasir, çağdaş, yeni, dəbdə olan; dövrün tələb və standartlarına uyğun.
muğayat olmaq - qorumaq, gözü üstündə olmaq.
müjdə - xeyir xəbər, şad xəbər, xoş xəbər.
münaqişə - çəkişmə, mübahisə, toqquşma, konflikt.
mürəbbiyə - keçmişdə varlı ailələrdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olan qadın.
naşir - kitab, jurnal və s. nəşr edən adam.
nigaran - təşviş içində, həyəcanlı, narahat.
nisgil - keçmişdə baş verənlərlə bağlı ürəkdə çəkilən qüssə, dərd.
nökər - ağasına xidmət edən və onun şəxsi tapşırıqlarını yerinə yetirən ev xidmətçisi (oğlan).
nüfuz - hörmət, etibar, başqalarına təsir gücü.
özünü o yerə qoymamaq - özünü heç nədən xəbəri yoxmuş kimi aparmaq, hisslərini büruzə verməmək.
pauza - danışıq zamanı müvəqqəti dayanma, fasilə, ara vermə.
pər - quş tükü.
redaktor - hər hansı bir yazıda səhvləri düzəldən, materialı təkmilləşdirən adam.
rəhmdil - xeyirxah, ürəyiyumşaq.
rəiyyət - qədimdə bir hökmdarın tabeliyində olanlar; təbəə.
rica etmək - xahiş etmək, təvəqqe etmək, istəmək.