B
|
Hansı cümlələrdə fərqləndirilmiş sözlər mətndəki mənasında işlənib?
|
C
|
Mətnə aid suallara cavab verin.
• Səadət xala kim idi? O nə üçün Vaqifdən gileylənirdi?
• Atası Arifə nə məsləhət verdi? |
Ç
|
Arifin atasının hansı cəhətləri xoşunuza gəldi? Siz çətin anlarda kimlə
məsləhətləşirsiniz?
|
D
|
Atanın məsləhətinə uyğun gələn fikirləri seçin və əsaslandırın.
• Dostluğun üstündən asanlıqla xətt çəkmək olmaz.
• Hər zaman qürurunu üstün tut. • Xaraktercə güclü insanlar birinci addımı atmaqdan qorxmazlar. • Dost tapmaq hər zaman mümkündür. • Dostunla aranızda inciklik olarsa, onunla ünsiyyət qur və gərginliyi aradan qaldır. |
E
|
Arifin yerində siz olsaydınız, birinci addımı atardınızmı? Cavabınızı əsaslandırın.
|
Ə
|
"Birinci addım" mətninin məzmununa və təxəyyülünüzə uyğun ssenari yazın
və səhnələşdirin.
|
Qruplar
|
Mətnin hissələri
|
Rollar
|
I qrup
|
Dərsdən əvvəl
|
Vaqif, Arif, uşaqlar
|
II qrup
|
Dərs zamanı
|
müəllim, Vaqif, Arif
|
III qrup
|
Atanın məsləhəti
|
Arif və atası
|
IV qrup
|
Arifin birinci addımı
|
Arif və Vaqif
|