gərgin - sıxıntı içində olan, həyəcan keçirən.
gərnəşmək - yorğun və ya yuxusuz olarkən qollarını qaldıraraq sinəni qabartmaq.
gicitkən - gövdə və yarpaqlarında dalayıcı tükləri olan ot bitkisi.
götür-qoy eləmək - ətraflı fikirləşmək, ölçüb-biçmək.
göyərtə - gəminin üst hissəsindəki açıq sahə.
gözdən keçirmək - ötəri baxmaq, yoxlamaq.
hakimiyyət - idarə etmək səlahiyyəti, iqtidar.
hali olmaq - xəbəri olmaq, agah olmaq, bilmək, öyrənmək.
heyət - hər hansı bir təşkilatın, kollektivin tərkibini təşkil edən adamlar toplusu; tərkib.
həsir - yerə sərmək üçün bəzi ağacların liflərindən, qamışdan və s.-dən toxunan məmulat.
hürriyyət - azadlıq, istiqlal, müstəqillik.
xalis - heç bir qatışığı olmayan, saxta olmayan; saf, təmiz, əsl.
xələl gəlmək - ziyanı, mənfi təsiri olmaq; qüsurlu olmaq.
xələt - bəxşiş, hədiyyə.
xəlvət - tənha yer, heç kəs olmayan gizli guşə.
xor - hər hansı vokal əsəri eyni vaxtda ifa edən oxuyanlar dəstəsi.
ilah - büt, bütlərə aid olan; tanrı, rəbb.
intizar - həsrət içərisində gözləmə, səbirsizliklə gözləmə.
iqamətgah - yaşayış yeri, məskən; saray, qəsr.
istehza - rişxənd, məsxərə, kinayə.
kaha - qayalıqda, dağda oyuq; mağara.
kəhrəba - sarı və ya sarı-qonur rəngli bərk maddə.
kilsə - xristian ibadətgahı, məbədi.
koma - çiy kərpic və ya çubuqdan hörülən, üstü qamışla örtülən sadə ev, daxma.
koramal - sürünənlər sinfinə daxil olan ilanabənzər ayaqsız kərtənkələ.
köks - bədənin boğazdan qarına qədər olan ön hissəsi; döş, sinə.
qaş-göz eləmək - qaşlarını və gözlərini oynatmaqla işarə etmək, nə isə anlatmaq.
qərq olmaq - suda batmaq, boğulmaq.
qət etmək - müəyyən məsafəni keçmək, yol getmək.
qəzet - iri ölçülü səhifələrdə məqalələr dərc edən dövri mətbuat orqanı.