İzahlı sözlük
aciz - əlindən iş gəlməyən, bacarıqsız, zəif, yazıq, fağır, məzlum, əlsiz-ayaqsız,
akkord - bir neçə musiqi səsinin həmahəngliyi və vahid səs kimi qavranılması.
alışmaq - odlanmaq, alovlanmaq, od tutub yanmaq.
atəşkəs - müharibə aparan tərəflər arasında döyüşlərin müvəqqəti
dayandırılması.
bani - bir şeyin əsasını, təməlini, bünövrəsini qoyan; quran, yaradan,
bədheybət - qorxunc, dəhşətli; çirkin, eybəcər.
bərbər - baş və üz qırxmaq peşəsi ilə məşğul olan adam; dəllək.
boyun qaçırmaq - bir işə qarışmamaq, qoşulmamaq, imtina etmək.
bozqurd - qədim türklərdə müqəddəs sayılan qurda, canavara verilən ad.
büzüşmək - yığılmaq, kiçilmək, solmaq.
cadugər - sehrbaz, ovsunçu.
cəfəngiyyat - boş, mənasız, dəyərsiz sözlər.
cürət etmək - cəsarət göstərmək, qorxmamaq, çəkinməmək.
çağa - körpə uşaq.
çarə - maneələri aradan qaldırmaq üçün çıxış yolu; tədbir, vasitə, əlac.
çulunu sudan çıxarmaq - çətin vəziyyətdən çıxa bilmək; özünü birtəhər
dolandırmaq.
dalamaq - ətə toxunub gicitmək, yandırıcı ağrı vermək.
dalğıc - suyun dərinliyinə baş vurub orada iş görən peşəkar.
dizayn - hər hansı informasiya materialının və ya məkanın yüksək zövqlü bədii
tərtibatı.
ədəbiyyat - bədii, elmi və s. əsərlərin məcmusu.
ərsəyə gəlmək - hazırlanıb sona çatdırılmaq, istehsal edilmək.
əyan - hökmdar sarayında yüksək təbəqəyə mənsub olan mötəbər adamlar;
zadəganlar.
fərasət - hər cür vəziyyətdən çıxmaq bacarığı; ağıl, dərrakə.
fikrə getmək - düşüncələrə dalmaq, fikirləşmək, düşünmək.
fitil - bəzi işıqlandırıcı və qızdırıcı cihazlarda (lampa, şam və s.) yanan lent, ip,
qaytan.
funksiya - vəzifə, rol.