4
|
A
|
Göy rənglə verilmiş işarələrin hansı məqsədlə işləndiyini söyləyin.
- Arif, sən muzeydə olmusan?
- Bəli, biz muzeyə tez-tez gedirik. |
B
|
Defis, yoxsa tire? Səhvləri müəyyən edin və fikrinizi əsaslandırın.
- Uşaqlar, gəlin qaçdı - tutdu oynayaq.
- Kim birinci tutsun? - Sanama söyləyək. Bir, iki, bizimki... |
C
|
Defislə yazılan mürəkkəb sözləri seçib düzgün yazın.
topatopa, ağacdələn, kəklikotu, gecəgündüz, axşamüstü, dosttanış, eveşik,
istisoyuq, yeraltı, dərətəpə, enişyoxuş, qabyuyan, qaydaqanun.
|
Ç
|
Sayları ərəb rəqəmləri ilə ifadə edib yazın:
1. Arzu dördüncü sinifdə oxuyur.
2. Arezzo Qvido on birinci əsrdə yaşamışdır. 3. Yarışın doqquzuncu günü komandamız qalib oldu. 4. XVI əsrə qədər Şərqdə Urməvinin not sistemindən istifadə edilib. |