2
|
A
|
Sizcə, Vaqiflə Arifin münasibətləri necə davam edəcək?
Mətnin davamını oxuyun. Təxminlərinizlə müqayisə edin.
|
Dünən mağazada Səadət xalanı gördüm. O, Vaqifdən gileyləndi. Dedi ki, dərslərini oxumur. Xahiş etdi ki, ona dərslərində kömək edim. Mən isə heç nə deyə bilmədim. Elə bil ağzımı qıfıllamışdılar.
Fikir məni götürmüşdü. Atamın səsinə diksindim: - Sən məndən nə isə gizlədirsən. Bir şey olmayıb ki? - Yox, ata,- deyə mızıldandım. - Bəlkə, dostlarınla sözləşmisən? Neçə gündür, Vaqif gözümə dəymir. Atam yaman yerdə yaxalamışdı məni. Elə mənim də ürəyim dolu idi. Odur ki olanların hamısını atama danışdım. - İki həftə küsülü qalmaq... Bu heç yaxşı hərəkət deyil. Oğul, yəqin ki, Vaqif də indi peşman olub. Deyirsən, o, lovğadır, qürurludur. Yaxşı olar ki, birinci addımı sən atasan. - Bəs mənim qürurum yoxdur? Mən uşaqlara dərsi başa salanda onlara da, mənə də lağ edirdi. İndi mən onun ayağına gedim?! Atam başını bulayıb dedi: - Zəif adam yıxılıbsa, ona kömək edib ayağa qaldıran adamın mənliyinə xələl gəlməz. Bu gün Vaqiflə müqayisədə sən güclüsən. Onun sənə ehtiyacı var. Sən ona kömək etməsən, sinifdə qala bilər. Mənə elə gəlir ki, indi səni narahat edən budur. Birinci addımı atmağın səni daha da güclü edər. Mənimlə razısan? -Razıyam. -Onda vur bura. Atam həmişəki kimi sağ əlini yuxarı qaldırdı. Mən də sağ əlimlə onun əlinə vurdum. - Dostum, güclənmisən haa!-o, həmişə belə deyir. Bu söhbətdən sonra xeyli yüngülləşdim...
Gülhüseyn Hüseynoğlunun
"Bərk ayaqda" hekayəsi əsasında |
• Söz boğçası •
• mızıldamaq
• sözləşmək • fikrə getmək • qürur • ayağına getmək • mənlik • xələl gəlmək |