Ehtiyatsızlıq üzündən qəzalar baş verir.
Uşaqlar kibritlə oynayanda, evdə qaz cihazı
nəzarətsiz qalanda və digər səbəblərdən
yanğın və partlayış baş verə bilər. Belə
hallarda nə etməli olduğumuzu bilməliyik.
Yanğın zamanı telefonda 1-1-2 rəqəmlərini
yığıb zəng edin. Yerinizi bildirmək üçün
küçənizin adını və evinizin nömrəsini
valideynlərinizdən soruşub yadınızda
saxlayın. Siz bunları bir vərəqə
yazıb görünən yerdə saxlaya da bilərsiniz.
|
Müzakirə • Hansı davranışlar yangına səbəb ola bılər? • Yanğın zamanı 1-1-2-yə zəng vurmaqdan başqa nə edə bilərsiniz? • Ev ünvanınızı nə üçün bilməlisiniz? |
Özünüzü yoxlayın
|