Böyükləriniz yanınızda olmayanda
tanımadığınız insanlarla ünsiyyət qurmayın.
Həyətdə, küçədə, nəqliyyatda sahibsiz əşya
və ya bağlama görsəniz onlara toxunmayın.
Bu davranışlar sizin təhlükəsizliyiniz üçün
vacibdir . Belə hallarda dərhal
valideynlərinizə və ya tanıdığınız insanlara
məlumat verin. Yaxınlıqda bu şəxslərdən
heç biri yoxdursa, marketdə satıcıya, küçədə
polisə, parkda mühafizəçiyə yaxınlaşıb
kömək istəyin. Onlar sizə kömək edəcəklər.
|
Müzakirə • Tanımadığınız insanla niyə ünsiyyət qurmaq olmaz? • Sahibsiz əşyalara nə üçün toxunmamalısınız? |
Özünüzü yoxlayın • Tanımadığınız insanlar sizə yaxınlaşanda nə etmək lazımdır? • Sahibsiz bağlama görəndə kimə müraciət etməlisiniz? |