Biz salamlaşarkən, mahnı oxuyarkən və kimisə
çağırarkən müxtəlif səslər çıxarırıq.
Quşlar, musiqi alətləri və oyuncaqlar da səs
çıxarır. Səs çıxaran hər şey səs mənbəyidir.
Yaxındakı yoldaşımızla alçaq səslə danışırıq,
yoldaşımız uzaqda olarsa, səsimizi ucaldırıq.
Mənbəyindən uzaqlaşdıqca səs zəifləyir.
Müzakirə
Təcili yardım maşınının yaxınlaşdığını və ya uzaqlaşdığını səsindən
necə bilmək olar?
Şagirdlər sinifdə eyni vaxtda uca səslə danışsalar, nə baş verər?
TAPŞIRIQ
1. Şəkildə təsvir olunmuş səs mənbələrini işarələyin (✓).
2.
Gözlərinizi yumun və
diqqətlə ətrafa qulaq asın.
• Hansı səsləri eşidirsiniz?
• Bu səslərin mənbəyi nə ola bilər?
Özünüzü yoxlayın
• Səslər haradan gəlir?
• Eyni səs mənbəyi bizə yaxın və bizdən uzaq olduqda həmin səsi
necə eşidirik?