• Siz səsinizdən nə üçün istifadə edirsiniz?
• Uzaqda olan yoldaşınızın sizi eşitməsi üçün nə edirsiniz?
FƏALİYYƏT
MAHNINI EŞİDƏK
1. Müəllimin səsləndirdiyi mahnıya
diqqətlə qulaq asın.
2. Mahnını eşidəndə əlinizi qaldırın.
• Nə üçün bütün şagirdlərəllərini eyni
vaxtda qaldırmadı?
• Nə üçün müəllim sizə yaxınlaşdıqca
mahnını daha yaxşı eşidirsiniz?