Qoxubilmə
Burnumuzla qoxulayırıq.
|
Dadbilmə
Dilimizlə dadırıq.
|
Görmə
Gözlərimizlə görürük.
|
|
Toxunma
Əllərimizlə toxunuruq.
|
Eşitmə
Qulaqlarımızla eşidirik.
|
Şəkil çəkərkən müxtəlif rənglərdən istifadə edirik. Bu rəngləri
gözümüzlə görərək fərqləndiririk. Quşların səsini, uşaqların səsini və
digər səsləri qulağımızla eşidirik.
Qoxusu və dadı xoşumuza gələnə qidalar sevirik. Bəzi yeməklərin
dadı duzlu, bəzilərininki şirin olur. Müxtəlif dadları dilimizlə, qoxuları
isə burnumuzla hiss edirik. Əllərimizlə əşyalara toxunaraq dərimiz
vasitəsilə onların isti və ya soyuq, quru və ya yaş, sərt və ya yumşaq
olduğunu hiss edirik. Ətraf aləm haqqında məlumat almaq üçün beş
hissimizdən istifadə edirik.