Qaz plitəsi, ətçəkən maşın, saçqurudan, ütü və digər əşyalar
insanların istifadə etdiyi məişət texnikasıdır. Məişət texnikası insanların
işini asanlaşdırır.
Təhlükəsizlik üçün uşaqların məişət texnikasından istifadə etməsi
məsləhət görülmür.
Bıçaq və qayçı məişətdə istifadə olunan kəsici-deşici alətlərdir.
Onlardan istifadə edəndə böyüklərdən yardım istəyin.