18
ƏŞYALARIN
HƏRƏKƏTİ
Açar sözlər
• dartmaq
• itələmək
• hərəkət
• Soyuducunun qapısını açmaq üçün nə etməlisiniz?
• Soyuducunun qapısını bağlamaq üçün nə edirsiniz?
FƏALİYYƏT
ƏŞYAMIZIN YERİNİ DƏYİŞDİRƏK
Masanızdakı hər hansı bir əşyanı özünüzə yaxınlaşdırın. Həmin əşyanı özünüzdən uzaqlaşdıraraq yerinə qaytarın.
• Əşyanızı özünüzə yaxınlaşdırmaq və özünüzdən uzaqlaşdırmaq üçün nə etdiniz?