Bədənimiz müxtəlif hissələrdən və yə üzvlərdən ibarətdir. Hər bir
bədən üzvünün özünə aid işi var. Onların köməyilə biz yeriyə və qaça
bilirik, tullana və üzə bilirik, şəkil çəkə və danışa bilirik. Şəkil çəkərkən
dirsəyimiz qolumuzu hərəkət etdirməyə kömək edir. Yeriyərkən
dizlərimiz ayaqlarımızın hərəkətini asanlaşdırır.
Müzakirə
• Yeriyərkən və qaçarkən dizlərimiz bizə necə kömək edir?
TAPŞIRIQ
I.Bədənin hər bir hissəsini adı ilə uyğunlaşdırın.
qol
dirsək
ayaq
diz
pəncə
2. Şəkil çəkərkən bu bədən hissələrinin hansından istifadə edirsiniz?
Özünüzü yoxlayın
• Yazı yazarkən hansı bədən hissələrindən istifadə edirsiniz?
• Hansı bədən hissələrini tanıyırsınız?