Bizim sinfimiz həmişə səliqəlidir, çünki:
• sinif otağının döşəməsinə zibil atmırıq; • bitkilərin yarpaqlarını qoparmırıq; • partaların üstünü cızmırıq; • divarları yazmırıq. Bunlar sinfimizin intizam qaydalarıdır. |
||
Biz yalnız sinifdə deyil, evdə, küçədə, nəqliyyatda və oyun meydançasında
da qaydalara əməl edirik. Qaydalara əməl edənlər intizamlı
insanlardır.
|
Müzakirə • Sizcə, sinifdə daha hansı intizam qaydalarına əməl etmək lazımdır? • Uşaqlar oyun meydançasında hansı qaydalara əməl etməlidirlər? |
Özünüzü yoxlayın • Şagirdlər sinifdə səliqəni qorumaq üçün nə etməlidirlər? • Başqa harada qaydalara əməl edilməlidir? • Qaydalara əməl etmək nə üçün vacibdir? |