Hər ölkənin dövlət bayrağı, gerbi və himni var.
Bunlar dövlət rəmzləridir. Ölkələr öz dövlət
rəmzləri ilə tanınır.
Bizim ölkəmiz Azərbaycandır. Azərbaycanın
üçrəngli bayrağı, gerbi və himni var.Ölkəmizin
paytaxtı Bakı şəhəridir. Dövlət dilimiz Azərbaycan
dili, pul vahidimiz Azərbaycan manatıdır.
Müzakirə
• Qalibə qızıl medal veriləndə nə üçün ölkəsinin himni səslənir?
TAPŞIRIQ
1. Hansı şəkildə himn oxuyan uşaqlar təsvir olunub?
2. Azərbaycana aid pul nişanı hansıdır?
Özünüzü yoxlayın
• Ölkələr nə ilə tanınır?
• Dövlət rəmzləri hansılardır?
• Ölkəmizin pul vahidi necə adlanır?