Aiiə doğma və yaxın insanların
birliyidir. Valideynlər və uşaqlar
ailə üzvləridir. Bəzi ailələrdə nənə
də, baba da övladları və nəvələri
ilə birlikdə yaşayır.
Ailədə hamı bir-birinə sevgi və
qayğı ilə yanaşır.
Müzakirə
• Ailə üzvlərinizlə necə vaxt keçirirsiniz?
TAPŞIRIQ
Ailədə böyüklər uşaqlara hansı işlərdə kömək edirlər?
Şəkillər üzrə danışın.
Özünüzü yoxlayın
• Ailə üzvləri kimlərdir?
• Ailə üzvləri bir-birinə necə münasibət göstərir?
DƏRSDƏN SONRA
Valideynlərinizdən soruşun:
- Balaca olanda onlar hansı oyunları oynayırdılar?