Praktiki tədbirlər
.Beçəvermənin qarşısını almaq üçün arıçının qarşısında duran ən vacib şərtlərdən biri cavan arıların işlə təmin edilməsidir. Belə ki, cavan arılar vaxtı-vaxtında süni şanlı çərçivələrlə təmin olunmalıdır (toxunmuş və toxunmamış şanlarla, Şəkil 9.2).
Beçəverməyə hazırlaşan ailələrdən 2-3 çərçivə möhürlənmiş sürfə götürün, həmçinin yumurta və gənc sürfələrlə səpilmiş çərçivələri (2-3 və daha da çox şanlar) ailəyə verin.
İndikator çərçivəsini (buna arıçılıqda inşaat çərçivəsidə deyilir) pətəyə qoyun (Şəkil 9.3). Belə bir çərçivə üfüqi bir çubuqla iki qeyri-bərabər hissəyə bölünür: çərçivənin aşağı hissəsi süni şan ilə doldurulur və sürfələrin yetişdirilməsinə xidmət edir; yuxarı hissəsi isə arıların şan hörməsi üçün nəzərdə tutulub.
Əgər hörülmə işləri dayandırılıbsa, ailədə beçələrin çıxmağı yaxınlaşır. İndikator çərçivəsində şanları hörməyən və ya ana sinicikləri hazırlamayan ailələrə dərhal baxış keçirdin.
Bal yığımı zamanı güclü ailə olan pətəklərdə arıların havalandırılmasını təmin etmək məqsədi ilə uçuş bacalarını tam açın. Bu cür olduğu təqdirdə güclü ailələrdə pətəyin altlığını qaldıraraq yarıqlar əmələ gətirmək yolu ilə ventilyasiyanı gücləndirmək mümkündür.