Beçə böyükdür və məhsuldar ana ilə çıxırsa, ondan tam ailə alınacaq. Bu gün artıq arıxanada arı ailələrinin sayının artırılması üçün daha rahat üsullar var, belə olduğu halda məhsuldarlıq itkisi də olmur və ya minimum səviyyəsində olur (Şəkil 9.1).
Arı ailəsi beçəni may ayında verərsə, onda nə baş verəcəyini nəzərdən keçirək.
Yayda işçi arının orta yaşama müddəti 35 gündür: ilk 10 günü işçi arı sürfənin bəslənməsi ilə məşğul
olur, sonrakı 10 gün o, şanlar və pətəklərin qaydaya salması işlərini görür, son 15 gün ərzində isə
nektar və çiçək tozu yığır.
Beçə ilə birlikdə ailədən arıların ümumi sayının 50 faizi çıxır, eyni zamanda onlarla birlikdə bütün “işsizlər” (sürfənin yemlənməsi və bəslənməsi ilə məşğul olmayan arılar) və bal şanlarında yerləşən bütün gənc arılar da çıxır. Qalan arılar isə 20 günə yaxın yaşayacaq.
Ana beçənin çıxmasına 7-8 gün qalmış az yumurtalayır, beçənin çıxmasına 4-5 gün qalmış isə yumurtalamanı dayandırır. Bu, onun nəticəsidir ki, arılar artıq anaya südü vermir (uçuşa hazırlaşır).
Beçə arıları enerjilərinin bir çox hissəsindən şanların hörülməsi, sonra isə sürfələrin yemlənməsində istifadə olunur. Bu o deməkdir ki, yem dalınca beçə arılarının yarısı uçacaq.
Beçəverməyə hazırlaşan ailədə erkək arılar sürətlə doğulur. 1000 bəslənmiş erkək arı və onların sürfələrinin bəslənməsinə 6,9 kiloqram bal sərf olunur. Bunun üçün 2 dolu şan kifayətdir.
Bundan əlavə, beçələr itə bilər, ananın da itkisi mümkündür. Arıxanada işin təşkili mövqeyindən təbii beçəvermə - çox zəhmət və vəsaitin tələb etdiyi bir amildir.
Nəzərə almaq lazımdır ki, beçəvermə dövrü 7-8 həftə davam edir. Bu müddət ərzində arıxanaya daimi qarovul qoymaq lazımdır. Bu, arıçının işini pozur.
Beçəvermənin vaxtında qarşısını almaq, həmçinin ondan yararlanmaq məqsədi ilə onu yaradan səbəbləri bilmək lazımdır. Səbəblər aşağıda göstərilib: