Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- İlk yaz uçuşundan sonra arıların fəaliyyətinin öyrənilməsi
|
- Qışlamadan sonra arıların gücünün sürətlə artmasına diqqət edin.
- Damazlıq ailələrdən anaların alınmasını öyrənin və gələcək işiniz üçün yadda saxlayın.
- Arı ailəsini bölərkən pətəklərin yerləşdirilməsində diqqətli olun.
|
- Svetkov üsulu ilə arıların artırılmasının öyrənilməsi
|
- Bu üsulla ailələrin bölünməsinə diqqət edin.
- Anasız ailəni müəyyən edin və bu ailəyə qışlamış kiçik arı ailəsindən olan ananı
verin.
|
- Muzalevskiy üsulu ilə bölünmənin öyrənilməsi
|
- Bir neçə güclü ailədən analar və bütün açıq sürfəni götürün və 4-5 saatdan sonra ana
bəslənməsinə verin.
- Əmələ gələn anaların yerləşdirilməsinə diqqət edin.
|
- Arı ailələrinin sürətlə çoxaldılmasının öyrənilməsi
|
- Arıxanada olan bütün ailələrin iki qrupa bölündüyünə diqqət edin.
- Hər güclü ailəyə 2 köməkçi ailənin təhkim olunmasının səbəbini öyrənin.
- Ailələrin bir qrupunu digərinin hesabına gücləndirilməsini öyrənin.
|