Bu pətəklərə gövdələr qoyun. Onları yetişmiş ana yuvasını arılarla birlikdə olan çərçivələrə doldurun və yaxşı istiləşdirin.
Arılarla olan sürfəli çərçivələri əvvəlcədən müəyyən olunmuş əsas ailələr və erkən beçələrdən seçin, həmçinin ananın götürülməməsinə diqqətlə fikir verin.
Analıq möhürləndikdən bir neçə gün sonra, lakin 5-6 gündən gec olmayaraq yeni yerə bəsləyici ailəni keçirin, boşalmış yerə isə hər hansı sağlam ailədən olan 1-2 çərçivə möhürlənmiş sürfə ilə olan boş pətək qoyun.
Arıxanada olan bütün arı ailələrini 2 qrupa bölün: ən yaxşı ailələrin 1/3 hissəsini - cütləşmə, digər 2/3 hissəsini - birinci qrupun gücləndirilməsi (yazdan), sonradan isə - bal yığımı zamanı işləmək üçün.
Birinci qrupun hər bir ailəsinə ikinci qrupdan olan iki ailə təhkim edin.
Birinci qrup ailələri ikinci qrup ailələrin hesabına o vaxt gücləndirin ki, ikinci qrup ailələrdə 6-7 sürfəli çərçivə olsun, eyni zamanda bu ailələrin hər biri 8-9 çərçivə aralığını tutsun. Bu iki ailənin birindən arılarla olan bir sürfəli çərçivə seçin və birinci qrupdan olan ailəyə verin.
Seçilmiş çərçivəni birinci qrupdan olan ailəyə üstü örtülmüş yem çərçivəsinin yanına qoyun. Ertəsi gün yuvanın mərkəzinə bu çərçivəni köçürdün.
Bir həftədən sonra möhürlənmiş sürfə ilə olan çərçivəni birincinin arxasında olan digər iki ailədən götürün və birinci qrupdan olan həmin ailəyə qoyun.
5-6 gündən sonra bu ailələrin yuvalarında çoxlu gənc arı yığılacaq və onlar beçəvermə vəziyyətinə keçəcək. Onlardan mayalanmış ana ilə olan beçə formalaşdırın.
Qeyd olunan ailədən qapağın altında təcrid olunmuş arı anası olan çərçivəni götürərək əvvəlcədən hazırlanmış pətəyə köçürdün.
Bu pətəyə ikinci qrup ailələrdən götürülən müxtəlif yaşında olan sürfəli çərçivələr və iki üstüörtülü çərçivə qoyun. Bundan sonra yaradılmış yuvaya ikinci qrup ailədən götürülmüş 1-2 çərçivə arısını əlavə olaraq sirkələyin.
Pətəyi yeni yerinə aparın. Yuvaları istiləşdirin.
Yaşlı arıların uçuşundan sonra ananı buraxın.
Artırılan ailələri (birinci qrup) yarı uçuş üsulu ilə bölün.
Arılar öz bacalarına uyğunlaşdıqdan bir gündən sonra pətəkləri yarım metr məsafəyə müxtəlif istiqamətlərə qoyun.
Ertəsi gün və ondan sonrakı hər bir gün bu üsulla pətəkləri 3 metrdən az olmayaraq məsafə alınana kimi uzaqlaşdırın. Bu ailələri yenidən yarım-uçuş üsulu ilə bölün.
Ailəni bəsləyici ailələrdən alınan əvvəlcədən hazırlanmış analıqla təmin edin ki, onlar növbəti törəmələrin bölgüsünə kimi yetişə bilsin.