Arıların kifayət qədər yaxşı uçuşu olduğu xoş havada, səhər saat 9-10-da ananın yerləşdiyi şanla olan çərçivəni götürün və əvvəlcədən hazırlanmış boş pətəyə keçirdin.
Arı ailəsinin artırılmasının sürətləndirilməsi. 6-dan az olmayaraq sürfəli çərçivəsi olan ailədən arılarla olan çərçivənin yarısını götürün və əvvəlcədən hazırlanmış pətəyə köçürdün.
Bölgü nəticəsində yaranan anasız ailəni müəyyən edin. Bu ailəyə qışlamış kiçik arı ailəsindən olan ananı verin.
10-14 gündən sonra ailədən yetişmiş sürfə ilə üzərində arıların olduğu 1-2 çərçivə götürün. Beçəyə yetişmiş ana yuvası verin.
Hər iki şandan beçəyə əlavə olaraq arıları sirkələyin.
Eyni cür pətəyə eyni beçəni arakəsmə vasitəsi ilə yerləşdirin.
Yarımuçuş üsulundan istifadə edərək iki həftədən sonra əsas ailəni yenidən iki hissəyə bölün.
Anası olmayan və bölgü nəticəsində yaranan ailəyə yetişmiş ana yuvası qoyun.
Əvvəlcədən bölünmüş ailələrdən seçilən iki çərçivə sürfədən (zəif ailə) ikinci beçədə olduğu kimi dördüncü beçəni yaradın.
Əsas yığıma 10 gün qalmış beşinci beçəni yaradın.
Əsas ailə və birinci beçənin arıları ilə başqa pətəklərə keçmək olar (onlar yaxın yerləşdirilməlidir). Qeyd olunan pətəkləri qırağa çəkin, onun yerinə isə 2-3 çərçivəni yetişmiş sürfəsi və analığı olan yeni pətək qoyun.
Yalnız əsas ailələr və birinci beçə özlərini yemlə təmin edə bilir (bal yığımı olduğu təqdirdə). Kiçik beçələri birinci ailələrin hesabına yemlə təmin edin və ya şəkər şərbəti ilə yemləyin. Bal yığımı yaxşı olmadıqda beçələri birləşdirin. Əsas bal yığımı qurtardıqdan sonra yem ehtiyatlarından başqa, ailənin gücünü bərabərləşdirin və onu qışa hazırlayın.
Beçə yaratmağın Muzalevski üsulunu nəzərdən keçirək:
Bir neçə güclü ailələrdən analar və bütün açıq sürfəni götürün. Bu, anaların çıxarılması üçün bəsləyici ailələr olacaq. Bundan 4-5 saat sonra sürfələri ana bəslənməsinə verin. Bəsləyici ailələrdən götürülən açıq sürfəni digər ailələrə köçürün (sonradan onlardan bəsləyici ailələrin gücləndirilməsi üçün yetişmiş sürfə götürüləcək). Sürfələr qəbul olunduqdan sonra, yəni arılar onları yemləsə və siniciklərin divarlarını hörməyə başlasa, bu pətəklərə möhürlənmiş sürfə və üzərində arılarla olan çərçivələr verin. İşi yaxşı hava və pətəkdə uçan arılar çox az olanda görün.