|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 7
Sual 1. Beçəvermə arı ailəsinin:
A) Doğulmasıdır;
B) Doğulması deyil;
C) Uçmasıdır;
D) Küsməsidir.
Sual 2. Beçəverməyə səbəb:
A) Arıların çatışmazlığıdır;
B) Arıların artıq olmasıdır;
C) Arıların sevinməsidir;
D) Arıların bir-birindən küsməsidir.
Sual 3. Erkək arı sürfəsi nəyi xəbər verir?
A) Ailənin ehtiyacını;
B) Məhsul bolluğunu;
C) Beçəverməni;
D) Ailənin harınlığını.
Sual 4. Təbii beçəvermə bal yığımına necə təsir edir?
A) Yığımın olmayacağını xəbər verir;
B) Yaxşı yığımdan xəbər verir;
C) Azaldır;
D) Artırır.
Sual 5. Hansı beçə yaxşıdır?
A) Dördüncü;
B) Üçüncü;
C) İkinci;
D) Birinci.
Sual 6. Birinci beçədə pətəkdəki arıların təxminən neçə faizi çıxır?
A) 50 faizi;
B) 60 faizi;
C) 40 faizi;
D) 45 faizi.