Arıların tarixən təbii beçəvermə yolu ilə artması arıların həşərat növü kimi qorunub saxlanmasının
yeganə yolu olub-olmamasını öyrənin.
Beçəvermənin arılarda instinktiv və irsi xüsusiyyət olduğuna diqqət edin.
Beçəvermə prosesində erkək arı sürfələrinin əmələ gəlməsi, ana arı qovuqcuqlarının əmələ gəlməsi və
işçi arıların sürətlə artmasının beçəvermənin ilkin əlamətləri olduğunu öyrənin.
Gənc ana analıqdan çıxmamışdan əvvəl yaşlı ananın pətəkdəki arıların yarısını götürüb getməsinə
birinci beçənin çıxmasına diqqət edin.
Ailənin gücündən asılı olaraq sonrakı prosesdə bir neçə beçənin çıxmasını yadda saxlayın və bu
mövzuda olan məlumatları öyrənin.
Beçələrin, adətən saat 10-11 radələrində çıxmasını yadda saxlayın.
Yeni beçələrin (pöhrə) enerji etibarilə çox güclü olduğu və məhsul yığımında fəal iştirak etdiyini diqqətinizdə saxlayın.