Arıların “özgə arılar”la “öz arıları”nı seçə bilməməsi üçün yeni yaradılmış bu beçəyə kəskin qoxulu olan maye verin (məsələn: nanəli damcılar).
Yığma beçələr iki, üç və hətta dörd ailədən yaradıla bilər. Əsas şərt budur: 2 çərçivə sürfə və 2 çərçivə yem olmalıdır.
Diqqət! Yığma beçəni 6 və ya 8 çərçivədən yaratmaq olar. Gecikmiş beçələr daha güclü, erkən beçələr isə daha zəif olmalıdır. Onların inkişaf etməyə vaxtı var.
Yığma beçələri almaq məsləhətlidir, çünki ailədən bir çərçivənin götürülməsi ailəni bir o qədər də zəiflətmir, nəinki bir beçə ailəsindən çoxlu arı götürülərsə.
Beçələr yalnız güclü, sağlam, yüksək məhsuldarlı ailədən olmalıdır (Şəkil 6.2).
Az məhsuldar ailələr - inkişafdan geri qalan pis qışlayan ailədir. Onlardan inkişaf üçün arıxanada istifadə olunmur.
Beçələri ana ailəsindən olan sürfə və arılarla gücləndirmək məsləhətlidir.
Beçələrin müstəqil şəkildə inkişaf edə bilməsi üçün onun kifayət qədər gücü olmalıdır. Az gücü olan beçələri yaratmaq olmaz.
Mayalanmış analarla olan beçələrin 4-5 dənədən az olmayaraq arılarla sıx olan standart çərçivələri olmalıdır, mayalanmamış beçə ailəsində isə 2-3 dənədən az olmayaraq çərçivə olmalıdır.
Beçə yaradılarkən orada 3-4 kiloqramdan az olmayaraq bal və çərçivənin 1/2 hissəsi qədərindən az olmayaraq güləm olmalıdır. Beçələrdə yığım qurtardığı təqdirdə yem azalarsa, onlara yem vermək lazımdır.
Beçənin yaranma vaxtını yığımın yerli şəraitinə əsasən seçmək lazımdır, lakin çox tez və ya çox gec mayalanmamış analarla beçələri yaratmaq olmaz. Mayalanmış analarla olan beçələrin yaranması üçün çox vaxt tələb olunur, lakin onlar yarandığı zaman mütləq yığım olmalıdır.
Qışda arıxananın bütün ailəsinin sayından 25 faizdən az olmayaraq ehtiyat anaları saxlayın, 4-5 çərçivədə yatıq pətəyin ayrılmış hissəsində onları formalaşdırın.
Yazda ehtiyat analarla olan ailənin yanına möhürlənmiş sürfəni o halda qoyun ki, sürfə ilə olan bütün çərçivələrin üstünə arılar yığılsın. Bunun üçün sürfəsiz olan çərçivəni arılardan sirkələyərək bu ailədən çıxardın. Beçələrə 2-3 çərçivəni ardıcıl olaraq 7-10 gün fasilə ilə verin.
Ailəni ayrı pətəyə köçürün. Bunun üçün ailənin yanında boş pətəyi quraşdırın, ora arıları köçürdün və elə eləyin ki, yeni pətəkdə baca olduğu yerdən uzaq olmasın (yarım metrdən çox olmayaraq). Bunun üçün əsas ailə ilə olan pətəyi elə köçürün ki, baca əvvəlki yerdən yarım metrdən uzaq olmasın.