Beçəvermə instinktinin qarşısının alınması arıların şanlarının hörülməsi, nektarın yığımı və emalı işinə çox kömək edir. Bunun üçün yığım olmayan vaxt ən yaxşısı arıxananı bal yığımı üçün müxtəlif otluq olan çəmənlik, moruq, xaşa, dağ keşnişi, ağ və qırmızı yoncaların toxumluqları olan yerlərə köçürmək lazımdır.
Fizioloji cəhətdən gənc arıların şanlarının hörülməsi üçün potensial imkanlarını maksimum dərəcədə istifadə etmək üçün çox isti olmayan havada və az saxlanılan yığım aşkar olduğu halda, ailələrin yuvalarının yanında süni şanla olan çərçivələr qoymaq lazımdır. Onları güclü ailələrin yanı və sürfəli şanların arası, yuvanın ortasına qoyun. Zəif ailələr və kiçik ailələrdən ibarət olan açıq sürfəli çərçivələri bəsləmək üçün onları güclənmiş ailələrə verərək ailənin iş həcmini artırın. Lakin bu hərəkətlər əməyin çox sərf olunması və xəstəliklərin yayılmasına səbəb ola bilər.
Nəzərə almalısınız ki, arıların sürfələrinin bəslənməsi və inşaat işləri ilə yüklənməsinə istiqamətlənən üsullarla yuvanın genişləndirilməsi əlaqəlidir.
Yuvanın vaxtında genişləndirilməsi nəinki ailənin inkişafı, həmçinin beçəvermənin qarşısını almaq üçün əsas şərtdir. Baxmayaraq ki, yuvanın həcmini genişləndirərək çox vaxt beçəvermənin qarşısını almaq olmur, yenə də beçə ailələrinin sayı azalır və beçəvermə müddəti uzadılır. Yuvanın genişləndirilməsinin gecikdirilməsi, adətən beçə analıqlarının yaranması və ailələrin beçəverməyə hazırlaşdırılmasına səbəb olur.
Çox gövdəli və ikigövdəli pətəklərdə arıları saxlayarkən yuvaların genişləndirilməsinin ən sadə yolu yuvanın həcmini iki dəfə artıran əlavə gövdənin qoyulmasıdır. Bu məqsədlə yatıq pətəklərdə çoxlu şan və süni şanlarla olan çərçivələrin köməyi ilə yuvanın birdəfəlik genişləndirilməsi üsulu hazırlanır.
Beçəvermənin qarşısını almaq üçün yuvanın mərkəzinə ardıcıl olaraq bir neçə şanı sürfə ilə olan çərçivələrin arasına qoyurlar. İsti havada və az saxlanılan yığım olduqda yuvaların bu cür “boşalması” sürfələrin bəslənməsi və beçəvermənin qarşısını almağa kömək edərək yaxşı nəticələr göstərir.
Adi on iki çərçivəli pətəkdə yarımüstlükləri vaxtında quraşdırmaqla beçəvermənin qarşısını almaq olar. Yuvanın dolmağı və bütün çərçivələrin sıx arılarla üstünə qonmasını gözləmədən yarımüstlükləri yerləşdirin. Əgər hava əlverişlidirsə, bu işi arılar 10-11 çərçivənin üzərinə qonarkən görün. Güclü ailələrə yuva çərçivələri ilə olan iki yarım-üstlük qoyun. Bu cür hallarda, yuxarı gövdəyə möhürlənmiş sürfə və balla olan 2-3 çərçivə qoyun, onların yerlərinə isə yuva şöbəsinə şan və süni şanlarla olan çərçivələr yerləşdirin.
5.5. Pətəklərin kölgələndirilməsi və ventilyasiyasının gücləndirilməsiGün dəyən yerdə olan pətəklər, əsasən də quru isti iqlimi olan bölgələrdə havanın temperaturu 35°C olduqda arılar pətəyin içində lazımi temperaturu qoruyub saxlaya bilmir. Arıların yarısı pətəkləri tərk edir, topa halında uçuş bacasının yanında pətəyin ön divarları və ya uçuş taxtasında yığılır. Hərəkətsiz arıların bu cür “sıxlaşması” beçə vəziyyətindən xəbər verir.
Pətəklərin qızmasının qarşısını almaq üçün arıxananı ən yaxşısı ağac əkinləri və ya kolluqların arasında yerləşdirməkdir (meyvəli bağça, meşə kənarı, tarlaqoruyucu əkinlər). Əgər gündən qorunma yoxdursa, arıxana ərazisində ağac və kolluqlar əkin (Şəkil 5.2).