Beçəvermə ilə mübarizənin zəruriliyi ona görə nəzərdə tutulub ki, təbii beçəvermə idarəolunmaz bir prosesdir. Beçəvermə, yəni arı ailələrinin təbii beçəverməsi arı ailələrinin ayrılmasından əvvəl olan bir instinktdir. Əgər beçəvermə əsas yığımla üst-üstə düşürsə, onda həmin ailənin beçəvermə vəziyyətində heç bir faydası olmayacaq, yəni məhsuldarlıq minimum səviyyədə olacaq, yem xərcləri isə çox olacaq.
Bu səbəbdən də ailənin təbii yolla ayrılmasına hazırlığın necə olduğunu bilməlisiniz ki, prosesin qanunauyğunluğunu nəzərə alıb öz xeyrinizə istifadə edə, vaxtında ailənin həyatına müdaxilə edilərək beçəvermənin qarşısını ala, həmçinin də ailənin var gücünü məhsuldarlığın artırılmasına yönəldə biləsiniz.
Beçə arıları (beçələr) 3-4 gün ərzində özlərinə tam yuva hörə bilir. Bundan əlavə, mayalanmış analarla olan beçələr, adətən yalnız arı şanlarını hörür. Məhz bu səbəbdən bəzən süni şanların çatışmazlığından beçələrə nazik lentli çərçivələrin bərpası üçün şan və ya şanların mayalarını verirlər. Mayalanmayan analarla olan beçələr çox vaxtı erkək qovuqcuqlarla olan şanları bərpa edir.
Bir çox halda, təbii beçəvermə təsərrüfat üçün əlverişsiz hesab olunur. Arıxanada sərbəst beçəverməyə yol verilərsə, beçəvermə dövründə arı ailələrinin beçəverməyə hazır olduğunu müəyyən etmək üçün arı ailələrinə diqqətlə baxış keçirilməsi, beçələrin saxlanılıb pətəklərə salınmasına çoxlu vaxt və əmək sərf olunur.
Ana yumurtalarını siniciklərə qoyduqda arılar bal yığımı və şanların hörülməsi işlərini tədricən məhdudlaşdırır, ana isə yumurtalamanı azaldır. Beçələrin çıxdığı gün arılar işləmir, ana isə yumurtalamır.
Əgər hava dəyişilər və beçənin çıxması yubanırsa, ailənin işsiz vəziyyəti bir neçə günə kimi uzana bilər.
Çıxmış beçə üçün yeni yuvaya uyğunlaşması (qovuqcuqların təmizlənməsi və hazırlanması) və yuvanın bərpası üçün bir az vaxt tələb olunur. Arıların bir hissəsi beçə çıxdıqdan sonra pətəkdə qalır və bir neçə gün yaxşı işləmir. Bu arılar bir müddət beçəvermə vəziyyətində qalır. Yalnız yaxşı yığım və arıçının xüsusi görülən tədbirləri arıları bu vəziyyətdən çıxara və işə nektar yığımına istiqamətləndirə bilər.
Məhz bu səbəbdən beçəvermə əsas yığımla üst-üstə düşərsə, beçə arı ailələri ondan tam istifadə edə bilmir. Balın çox kəskin kəsiri, güclü və qısa yığım zamanı müşahidə olunur. Beləliklə, əgər beçəvermə əsas yığıma kimi olub keçirsə, bu, arıçının əlavə işlərini artırır. Beçəvermə əsas yığım zamanı olarsa, görülən işlərdən əlavə bu, bal çatışmazlığına da səbəb olur. Güclü, lakin qısa yığım zamanı beçə ailələri ümumiyyətlə bal verməyə də bilər.
Vaxtsız beçəvermə orta hesabla bal yığımını iki dəfə azaldır, arıların beçə enerjisindən isə o halda istifadə oluna bilər ki, beçəvermə əsas bal yığımının başlanmasına kimi qurtarsın. Ona görə də qabaqcıl arıçılar beçəverməyə qarşı tədbirlər görməyə çalışırdılar.
Beçəvermənin qarşısını almaq üçün pətəkdə elə şərait yaratmaq lazımdır ki, ailənin inkişafının bütün dövrü ərzində hər bir yaşda olan arılar işlə məşğul olsun.