Zərurət yarandıqca və ya təcrübə üçün ananı axtarmadan ailəni bölün. Təxminən yarım saatdan sonra ana olmayan yerdə narahatlıq yaranacaq, arılar səs salacaq və ananı axtarmağa başlayacaq, digər ana olan tərəfdə isə sakitçilik olacaq.
Sürfə olmayanda belə ananı axtarın, çünki yumurtalamaq üçün şərait olmayanda ana yumurtlamır.
Bütün sürfəyə diqqətlə baxış keçirin: ana qovuqcuqları olarsa, orada ana olmayacaq. Onu axtarmağa dəyməz.
Ailədə açıq sürfə yoxdursa, ana qovuqcuqları ana olmadıqda formalaşmayacaq.
Ailəyə gənc sürfə ilə olan çərçivə qoyun və ya gənc sürfə olan şanın bir hissəsini verin: bu, ananın olmasına nəzarətdir. İki gündən sonra ana olmayan ailədə ana qovuqcuqları əmələ gələcək. Ana qovuqcuqlarının olmaması ananın (ola bilsin ki, mayalanmayan) olmasını göstərir.
Yumurtaların qoyulmasına ümid bəsləyərək 6-10 gündən sonra mayalanmayan ana olan ailəyə baxış keçirin. Ananı axtarın. Onu tapmasanız, yenidən onlara nəzarət edin. Ana qovuqcuqlarının olmaması ananın olmasını göstərir.
Ailəyə 5-10 gündən sonra bir də baxış keçirdin. Yumurta olmayanda ananı axtarın, tapmasanız, axtarışı davam eləyin.
Diqqət! Yazda zəif ailələrdə sürfə olmaya da bilər, arılar az olduğundan orada ananı tapmaq rahatdır. Əgər tapmasanız, nəzarət altında saxlayın.
Yaz, yay və payızda ailədə ana var və o, yumurta qoyursa, onları aşkar etmək çətin deyil. Bu cür halda sürfə müxtəlif yaşlı olacaq. Yumurta ağ rəngdə olur, uzunluğu 1.5, diametri isə 0,3 millimetrə çatır. Ana arı qış dövründə yuvada arı topasında olur. Burada istilik 14 dərəcə Selsidən aşağı düşmür. Ana arı yumurta qoymadığı dövrdə (qışda) başqa işçi arılar kimi yalnız balla dolanır.
Sərbəst iş üçün tapşırıqlar
|