Ailədən ayrılan ana 2-3 gündən sonra ölür. Anaya yaxınlaşan arıların vasitəsi ilə ailə ana südü alır.
Ana südü işçi arıların fizioloji vəziyyətinə müsbət təsir göstərən spesifik maddələrdən ibarət olan mürəkkəb birləşmədir. Feromon maddəsinin köməyi ilə arılar ailədə ananın olduğunu hiss edir.
Ana öldükdən yarım saat sonra arıların hərəkəti kəskin şəkildə dəyişir. Anasız ailədə arılar təlaşlanır (baxış keçirilərkən səs salır). Onlar əmək fəaliyyəti, əsasən də çiçək tozu yığımını azaldır, qovuqcuqlarda yumurtalar olmur, sonra isə sürfə qurtarır, şanların hörülməsi dayandırılır, arı sürfəsinin arasında ana qovuqcuğu yaranır.
Ananın davamlı olmaması ona gətirib çıxara bilər ki, erkəkləşmiş arılar yumurtalamağa başlayır, bu isə nəticədə “qozbel” sürfənin əmələ gəlməsinə səbəb olur (Şəkil 3.4). Mayalanmamış yumurtalardan yalnız erkək arılar doğulacaq. Onların sürfələri işçi arı sürfələrindən böyük olur.
Yuva, arı qovuqcuqlarında yumurta və ya gənc sürfə olarsa, kimsəsizləşmiş ailədə ana çıxa bilər. Arılar bu cür qovuqcuğu analığa çevirir, sürfəni isə südlə qidalandırır (Şəkil 3.5).
Arılar beçəverməyə hazırlaşaraq beçə anaları hazırlayır. Beçə uçduqdan sonra ailədə beçə ana yuvaları qalacaq ki, onlardan da beçə anaları doğulacaq.
Ailədə olan bütün şanlara diqqətlə baxış keçirdin. Əgər bir günlük yumurta yoxdursa, demək ailədə ana arı da yoxdur və ya mayalanmayan ana var.
Müşahidə zamanı bir neçə günlük və möhürlənmiş sürfələr, eyni zamanda da günlük yumurtaların olmadığını görsək, deməli ana arının bir neçə gün əvvəl öldüyü nəticəsinə gəlmək olar.
Arıların hərəkətinə fikir verin. Əgər arılar qarınlarını şişirdib və qanadları ilə hərəkət edirsə, ailə təlaşlanıb. Əgər ailə bacanın ətrafı və pətəyin divarlarında uçursa, onlar ananı axtarır: bu, ananın olmamasının əlamətidir.