Nəticədə erkək arılarla olan ailədə normal ailədən olan uçan arılar alınacaq. Normal ailədən
olan arılar pətəklərdən köçürülərkən öz yuvalarını saxlamayan yumurtalayan erkək arıları məhv edəcək.
Ertəsi gün axşamüstü qəfəscikdən ananı buraxın. Anasız qalan ailəyə ehtiyatda olan mayalı ananı verin,
bundan əvvəl isə ana qovuqcuqlarını çıxardın (yerləşdirməzdən 2-3 saat əvvəl).
Şəkil 2.11. Ana qapağı altına salınmış ana arı və çərçivənin yuvada görünüşü
|
Sərbəst iş üçün tapşırıqlar
|
- Arı ailəsində yalnız bir ananın olması, onun çoxlu yumurta qoyma qabiliyyəti və arılara keçən irsi
xüsusiyyətlərinin müəyyən edilməsini öyrənin.
- Ailədə arıların ana dəyişməyinin səbəblərini öyrənin.
- Arıçıda anaların yaşla bağlı uçotunun olması, anaların məqsədli surətdə dəyişdirilməsinin
səbəblərini öyrənin.
- Anaların yerləşdirilməsi üsullarını öyrənin.
- Arıların mayalanmış ananı mayalanmamış anaya nisbətən yaxşı qəbul etməsinə diqqət edin.
- Qəfəsciyin köməyi ilə anaların yerləşdirilməsi və qəfəsciyin müsbət və mənfi xüsusiyyətlərini
öyrənin.
- Yeni ananı hansı hava şəraiti, arıların hansı vəziyyətində və ana çıxdıqdan neçə saat sonra
yerləşdirməyi öyrənin.