Analıq qəbul olunsa, ondan yaşlı ananı öldürəcək gənc ana doğulacaq. O, mayalandıqdan sonra normal olaraq yumurta qoymağa başlayır. Bəzən arıların sakit əvəzlənməsi kimi bir müddət anaların ikisi də - həm yaşlı, həm də gənc ana işləyir, sonra isə təkcə gənc ana qalır. Bu üsul (arılarda olan ananın keyfiyyətliliyini seçmək) ananın bioloji xüsusiyyətinə görə müəyyən edilir. Analar ailənin tələbatlarını ödəyə bilmədikdə arılar onu əvəz edir.
Əgər ailəyə yetişdirilmiş analıq qoyulubsa, arılara yaşlı ana ilə gələcək gənc ana arasında seçim etmək imkanı verilir. Anaların bu cür əvəzlənməsi təbiətdə yığım olan müddətdə daha müvəffəqiyyətlə həyata keçirilir. Yaşlı ananın əvəz edilməsi məqsədi ilə yeni anaların çıxardılması (Şəkil 2.6) üçün düzgün vaxtın seçilməsi çox vacibdir.
Yerli şəraitdən asılı olaraq bu vaxt müxtəlif ola bilər. Lakin bütün hallarda anaları yalnız yığım zamanı çıxartmaq olar, çünki yığımsız vaxtda çıxarılan anaların keyfiyyəti aşağı olur. Bundan başqa, anaların çıxarılması üçün elə vaxt seçmək lazımdır ki, anaların çıxarılması ilə məşğul olan ailələrin bal yığımına az təsir etsin. Əsas yığımdan əvvəl əvəz olunan yaşlı anaları məhv etməyin, onlardan payızda arıların əlavə yetişdirilməsi üçün istifadə edin. Bu cür analar kiçik beçələrdə 0,6 kiloqramdan 1,2 kiloqrama kimi yazda yetişdirilmiş arılar verir.
2.3. Qəfəsciyin köməyi ilə anaların yerləşdirilməsi
Yaşlı ananı götürün, yeni ananı isə yem qoyulan qəfəscikdə ailəyə verin. Qəfəsciyi (Şəkil 2.7) çərçivələrin arasına qoyun. 12-24 saatdan sonra qəfəsciyə baxış keçirin və arıların hərəkətindən ananın qəbul olunub-olunmamasını müəyyən edin.
Ana ailə tərəfindən qəbul olunduqda ananı buraxın və ya arılara ananı buraxmağa imkan verin. Bunun üçün yarığı maneələrdən azad edin və onu bir lay süni şan zolağı ilə əvəz edin. Arılar şanı didəcək və ananı buraxacaq. Bu üsulun çatışmazlığı ondan ibarətdir ki, əvvəl-əvvəl ana özgə ailədə qeyri-normal ailələrdə yaşayır: mayalanmış olduğu halda ananın yumurta qoymağa şəraiti olmur. Eyni zamanda yumurtalayan analar isə asanlıqla arılar tərəfindən qəbul olunur.