Sərbəst iş üçün tapşırıqlar
Ana arının hansı funksiyaya malik olmasını öyrənin.
Ana arının işçi arıdan fərqini (hər cəhətdən) öyrənin.
Yaxşı inkişaf etmiş ananın gün ərzində nə qədər yumurtlaya bilməsinə diqqət edin.
Ana arının inkubasiya dövründən yumurtlama dövrünə qədərki həyat və fəaliyyətini öyrənin və yoldaşlarınız arasında fikir mübadiləsi aparın.
Ana arının yetişdirilməsi qaydalarına diqqət edin və öyrənin.
Ana arının nə qədər yaşaya bilməsi və onun həyatının fəal dövrü haqqında məlumatları öyrənin.
Ana arının erkəkləşmə prosesinə diqqət edin və bunun üçün nə tədbir görməyin lazım olduğunu öyrənin.
Süni mayalanma metodu haqqında ətraflı məlumat toplayın.