toxunmadan köçürmək olur. Çərçivədə olan üçbucaqları elə yerdə bərkidin ki, şanların yuxarı hissəsində bal olsun, balın yarısı isə möhürlənmiş olsun.
Məhsuldar analar almaq üçün bəsləyici ailəyə yazda 15-20, yayda isə 30-35-dən çox sürfə verməyin. Hər gün analıqlar möhürlənməmişdən əvvəl bəsləyici ailələri bal və ya şəkər şərbəti ilə yemləyin. Yaxşı olardı ki, onları bal-güləm qarışığı ilə yemləyəsiniz. Yemi gecə 200-300 qram verin. Arılar yemlənməzsə və təbiətdə yığım olmazsa, onlar ananı bəsləməyəcək.
Arıların bütün çərçivələrdə sıx oturmaları üçün bəsləyici ailələrin yuvalarını qısaldın və yaxşı istiləşdirin.
Arıları narahat etməmək və yuvanın mikroiqlimini pozmamaq üçün yalnız ikinci gün, sonra isə beşinci gün bəsləyici ailəyə baxış keçirdin. Beşinci gün analıqlar möhürlənəcək.
Analıqları qəfəscikdən təcrid etmək üçün ikinci dəfədən 5-6 gün sonra sonuncu dəfə ailəyə baxış keçirdin. Analıqlar təcrid olunmayıbsa, ilk çıxan ana digər analıqları məhv edəcək.
İlk baxışdan görsəniz ki, arılar az sürfə qəbul edir, onda təkrarən birgünlük sürfəsi olan şan götürün, əvvəlki qaydada hamısını hazırlayın və onu əlavə analıqların yaranması üçün bəsləyici ailəyə verin.
Analıqlara baxış keçirilərkən və seçilərkən onları zədələnməməsi üçün çərçivələrə kəskin zərbələr vurmayın və sirkələməyin. Analıq və şandan arıları fırça və ya ot süpürgəsi ilə təmizləyin.
Anaların çıxmasını olduğundan 2-3 dəfə az planlaşdırın, çünki arılar sürfələrin yarısını qəbul edəcək, gənc analar və analıqların bir hissəsi isə çıxdaş olunacaq.
Sürfələrlə olan zolaqlar və kəsilmiş şanlardan mantar və üçbucaqsız istifadə etmək olar. Bunun üçün kəsilmiş zolaqları masaya yanakı, lazımi yaşda sürfələr olan qovuqcuqlar tərəfə qoyun. İsti, ilıq bıçaqla hündürlüyün yarısına kimi qovuqcuqları kəsin. Sonra isə zolağı kəsilmiş zolaqlarla üzü yuxarı çevirin və çubuqla bütün artıq sürfələri atın. Sürfələri iki qovuqcuqda məhv edin, üçüncüdə isə saxlayın. Bütün qovuqcuqları əks tərəfdən tullayın.
Lazımi sürfələrlə şanların bir hissəsini kəsmək olar. Kəsilmiş küncdən arılar analıqları hörəcək (Şəkil 1.17).
Adətən kəsildikdən sonra hər beş və altıncı sürfələr saxlanılaraq qalan artıqlar atılır. Sürfələrin hazırlanması vaxtını uzatmayın. Bütün işi 30 dəqiqədən gec olmayaraq bitirin. Sürfələr doğulduğu ərəfədə bütün yuvalarda onların yemlənməsi dayandırılır, bu vaxt ərzində sürfələrlə olan qovuqcuqlarda süd quruyur, tez qatılaşır. Tüləmə mərhələsində olan sürfələr ölür. Ananın bəslənməsi üçün sürfələrin hazırlıq sürəti arıların sürfələrinin qəbul edilməsini uğurla təmin edir. Hərçənd ki, bu iş mürəkkəb deyil, bacarıq və çevikliyə çox ehtiyacı var.
Beçəvermə yolu ilə doğulan analarla müqayisədə sürfələr köçürülmədən doğulan analarda